Saakaşviliyə qarşı həbsxanada işgəncə videosu yayıldı - SENSASİON GÖRÜNTÜLƏR - VİDEO
2021-11-12 09:58:00
Hazırda həbsdə olan Gürcüstanın eks prezidenti Mixail Saakaşviliyə qarşı işgəncə videosu yayılıb.
Hurriyyet.az xəbər verir ki, Saakaşvili həbsinə etiraz olaraq aclıq aksiyası keçirdir. Videodan göründüyü kimi, onu öz iradəsinin ziddinə, sürüyərək həkim nəzarətinə gətirirlər. Ola bilər, onu məcburi yedizdirmə təşəbbüsü göstərirlər. Videoya dair təfsilatlı bilgilər yoxdur.