📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saakyan, Qukasyan və Arutyunyanı da HƏBS GÖZLƏYİR

2023-09-29 21:58:49

Saakyan, Qukasyan və Arutyunyanı da HƏBS GÖZLƏYİR

Hazırda Xankəndidəki keçmiş qondarma qurumun “prezidenti” elan olunan Samvel Şahramanyan Azərbaycan tərəfi ilə separatçıların hərbi-siyasi rəhbərliyinin Qarabağı təhlükəsiz tərk etməsi məsələsi ilə bağlı danışıqlar aparır.
Hurriyyet.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosuna hökumətyönlü dairələr bildirib.Mənbə qeyd edir ki, qondarma qurumun üç keçmiş rəhbəri - Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan, həmçinin keçmiş “xarici işlər naziri” David Babayan həbs olunmaq təhlükəsi altındadır. 
Bundan başqa, Reuters yazır ki, Azərbaycanda müxtəlif ittihamlarla həbs ediləcək iki yüzə yaxın erməninin siyahısı var.