📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanılıb

2025-09-09 12:42:08

Saatlıda çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hurriyyet.az