📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sabah” – “Slaviya” oyununa satılan bilet sayı açıqlandı

2026-10-11 18:06:53

“Sabah” – “Slaviya” oyununa satılan bilet sayı açıqlandı

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Slaviya” (Praqa) ilə keçirəcəyi oyuna böyük maraq var. Qarşılaşmaya indiyədək 50 min bilet satılıb.

Bu barədə Offsideplus.az-a “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

Qeyd edək ki, “Sabah” – “Slaviya” matçı oktyabrın 13-ü saat 20:45-də keçiriləcək.