📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Avropaya ilk səfərini edəcək

2025-05-06 10:37:05

Sabah Avropaya ilk səfərini edəcək

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraa mayın 7-də Fransaya rəsmi səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “France24” yayıb.

Bildirilib ki, səfər çərçivəsində Suriya lideri Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

Bu, Əhməd Əl-Şaraanın Avropaya ilk səfəri olacaq.

Xatırladaq ki, Makron Suriyanın keçid dövrü prezidentini fevralda ölkəsinə səfərə dəvət etmişdi.

Qafqazinfo.az