📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Azərbaycana qış fəsli daxil olacaq - Bu saatda

2024-12-20 16:36:27

Sabah Azərbaycana qış fəsli daxil olacaq - Bu saatda

Sabah Azərbaycana saat 13:20:30-da qış fəsli daxil olacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası açıqlayıb.

Məlumata görə, 2024-cü ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 13:20:30-da daxil olacaq:

“Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Şimal yarımkürəsində qış, cənub yarımkürəsində isə yay fəsli başlayır. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san) və ən uzun gecə (gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə) olur. Fəslin uzunluğu 88 gün 23 saat 40 dəqiqə 55 saniyə olacaq”.