📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Bakıda mühüm iclas keçiriləcək

2026-03-02 22:01:33

Sabah Bakıda mühüm iclas keçiriləcək

Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.

Hurriyyet.info xəbər verir ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılacaq.

Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələrin iştirakı gözlənilir.