📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Bakının bu ərazisində qaz olmayacaq

2024-11-26 22:40:21

Sabah Bakının bu ərazisində qaz olmayacaq

Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə  27.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Bu barədə “Hurriyyet.az”a “Azəriqaz” İB-dən bildirilib. 

Məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.