📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bələdiyyə seçkisi ilə bağlı təşviqat dayandırılacaq

2025-01-27 09:27:08

Sabah bələdiyyə seçkisi ilə bağlı təşviqat dayandırılacaq

Sabah bələdiyyə seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.

Hurriyyet.az xəbər verir ki, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 74.1.7, 75.2-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır .

Yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına yanvarın 6-dan başlanıb, yanvarın 28-i saat 08:00-da dayandırılacaq.