📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bəzi ərazilərdə su olmayacaq

2024-08-06 20:32:42

Sabah bəzi ərazilərdə su olmayacaq

Avqustun 7-də Sabunçu rayonu Ramana qəsəbəsindəki şəhid ailələri və müharibə əlillərinin yaşadığı kompleksin ərazisində içməli suyun verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Hurriyyet.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb sözügedən ərazidə istismara yararsız içməli su xəttinin dəyişdirilməsidir.

Fasilə səhər 09:00-dan axşam saat 20:00-a qədər davam edəcək.