📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazidə qaz olmayacaq

2025-03-10 20:44:56

Sabah bu ərazidə qaz olmayacaq

Xəzər rayonu, “Qala” QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədi ilə 11.03.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.