📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazidə su KƏSİLƏCƏK

2024-04-15 19:45:30

Sabah bu ərazidə su KƏSİLƏCƏK

Sabah saat 10:00-dan 20:00-a qədər Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.

Bu barədə “Azərsu”dan Hurriyyet.az-a məlumat verilib.

Bildirilir ki, şəhəri içməli su ilə qidalandıran 85.75 səviyyəsindən gələn 450 mm diametrlik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq 48, 50, 51-ci məhəllələrdə,16,17,18, 20, 21-ci mikrorayonların və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.