📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazilərdə qaz kəsiləcək

2025-01-21 22:18:19

Sabah bu ərazilərdə qaz kəsiləcək

Xəzər rayonunda orta təzyiqli qaz kəməri üzərində qoruyucu klapanın quraşdırılması, Sabunçu rayonu ərazisində isə yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə 22.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Hurriyyet.Az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu, Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin və Sabunçu rayonunun Şəhər şosesi, N.Baybakov, İ.Aslanov, M.İbrahimov, Y.Saratov, M.Ə.Rəsulzadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.