📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazilərdə qaz olmayacaq

2024-04-08 22:36:21

Sabah bu ərazilərdə qaz olmayacaq

Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeraltı qaz xəttinin yerüstü qaz xətti ilə əvəz olunması və Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi ünvanında COP-29 proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədilə 09.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaqdır.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Səbail rayonu üzrə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin, Binəqədi rayonu üzrə isə Biləcəri qəsəbəsinin Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.