📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazilərdə qaz olmayacaq

2024-08-22 21:31:06

Sabah bu ərazilərdə qaz olmayacaq

23.08.2024-cü il tarixdə saat 08:00-dan “Qaradağ-Sumqayıt” magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Hurriyyet.az”a “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunur ki, təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.