📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazilərdə qaz olmayacaq

2025-03-13 19:06:49

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Hurriyyet.Az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Yasamal rayonu, Z. Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, İzmir küçəsində isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi ərazilərinin və Z.Xəlilov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.