📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazilərdə qaz olmayacaq

2026-08-16 20:14:23

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.

Belə ki, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. (Report)