📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu rayonda qaz kəsiləcək

2022-04-18 19:53:00

Sabah bu rayonda qaz kəsiləcək

Sabah Zərdab rayonunun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi, qaz sızmalarının ləğvi və s. görüləcək təmir işləri ilə əlaqədar 14.04.2022-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. \\Demokrat.az