📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu rayonun bir hissəsində qaz olmayacaq

2025-06-10 19:56:18

Sabah bu rayonun bir hissəsində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

"Hurriyyet.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu ərazisində orta təzyiqli qaz xətti üzərində ölçü qovşağının quraşdırılması məqsədi ilə iyunun 11-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə "MİDA" yaşayış kompleksində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.