📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

2025-08-13 23:16:50

Sabah çimərliklərdə 27 dərəcə isti olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Hurriyyet.az-a verilən məlumata əsasən avqustun 14-də şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.