📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Əvəz Zeynallının məhkəməsi olacaq

2025-04-23 23:40:42

Sabah Əvəz Zeynallının məhkəməsi olacaq

Sabah “Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçiriləcək.

Bu barədə Əvəz Zeynallının xanımı Məlahət Zeynallı məlumat verib.

O bildirib ki, Əvəz Zeynallının səhhətinin ağırlaşması səbəbindən vəkilləri Nizami rayon məhkəməsinə müraciət ediblər. Məhkəmə iclası sabah - 24 aprel 2025-ci il, saat 15:15-də Nizami rayon məhkəməsinin binasında, hakim Nigar Qədirlinin sədrliyilə keçiriləcək. \\Bakupost.az