📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah İstanbulda TDT XİN Şurasının fövqəladə sammiti keçiriləcək

2026-03-06 18:28:27

Sabah İstanbulda TDT XİN Şurasının fövqəladə sammiti keçiriləcək

Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirləri martın 7-də İstanbulda fövqəladə sammit keçirəcəklər.

"Report" xəbər verir ki, bu barədə təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyev sosial şəbəkələrdə bildirib.

 

"Sabah İstanbulda Türk Dövlətləri Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi görüşü keçiriləcək və burada əsas regional və qlobal hadisələr müzakirə olunacaq. Biz türk dünyasında əməkdaşlığı gücləndirməyə davam edəcəyik", - o yazıb.