📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah küçələrə çıxmayın – Xəbərdarlıq

2021-09-10 11:18:00

Sabah küçələrə çıxmayın – Xəbərdarlıq

Ölkədə koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir.

Hurriyyet.az-a verilən məlumata görə bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 11-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - BŞİH-dən bildirilib.