📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sabah" Litva çempionuna uduzdu

2024-09-10 22:52:19

Litvada təlim-məşq toplanışında olan "Sabah" basketbol komandası sonuncu yoxlama oyununu keçirib.
Azərbaycan təmsilçisi Vilnüsdə son Litva çempionu "Ritas"la üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 87:84.
Qeyd edək ki, daha əvvəl Litvanın "Yonava" (68:97) və "Jalgiris" (62:94) klublarına uduzan "Sabah" Almaniya təmsilçisi "Rostock Seawolves"ə (72:71), Litvanın "Majeykyay" (76:57) və "Neptunas" (82:71) komandalarına qalib gəlib.  \\Fanat.Az