“Sabah” mövsümdə ilk dəfə uduzdu
2026-10-30 21:37:25
“Sabah” Azərbaycan Premyer Liqasının cari mövsümündə ilk dəfə məğlub olub.
Hurriyyet.net xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə “Turan Tovuz”a 2:3 hesabı ilə uduzub.
“Turan Tovuz” – “Sabah” - 3:2
Qollar: Enrike Silva, 28 (1:0), Jo Batista, 30 (2:0), 67 (3:0), Coy Lens Mikels, 70 (3:1), Ksander Severina, 87 (3:2)