📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Qətərdə Asiya kubokunun ilk oyunu keçiriləcək

2024-01-11 12:55:38

Sabah Qətərdə Asiya kubokunun ilk oyunu keçiriləcək

Hurriyyet.az "Yeni Şafak" nəşrinə istinadla xəbər verir ki, 2024-cü ilin Asiya Kuboku Qətərdə keçiriləcək. 12 yanvardan 10 fevrala qədər davam edəcək turnirdə 24 ölkənin milli komandası 6 qrupda yarışacaq.
Asiya Kubokunun iştirakçıları bu ölkələrdir: Qətər, Çin, Tacikistan, Livan, Özbəkistan, Avstraliya, Suriya, Hindistan, Fələstin, BƏƏ, Honkonq, Yaponiya, Malayziya, İordaniya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Tailand, Qırğızıstan, Oman.
Turnir 8 stadionda keçiriləcək - onlardan 6-da futbol üzrə 2022-ci il Dünya Çempionatının qarşılaşmaları olub.
Hürr Tərcüman