📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah qeyri-iş günüdür? - AÇIQLAMA

2024-10-17 19:09:12

Sabah qeyri-iş günüdür? - AÇIQLAMA

Sabah - 18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək.

Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı fərqli fikirlər dolaşır.

Hurriyyet.az metbuat.az-a istinadən xəbər verir ki, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayram sayılır. Yəni sabah iş günüdür.

Qeyd edək ki, 18 oktyabr 2021-ci ildən etibarən "Dövlət Müstəqilliyi Günü"nün adı dəyişdirilərək "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir.