Sabah Rusiya və Ukrayna əsir mübadiləsi edəcək
2025-04-18 22:42:12
Rusiya və Ukrayna Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə aprelin 19-da əsir mübadiləsi edəcək.
"Hurriyyet.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, 46-sı yaralı olmaqla 500-ə yaxın rus və ukraynalı əsir dəyişdiriləcək.
Bildirilir ki, mübadilədə hər tərəfdən 246 məhbus iştirak edəcək.