📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Şuşada mühüm iclas baş tutacaq

2024-10-07 17:45:27

Sabah Şuşada mühüm iclas baş tutacaq

Şuşa şəhərində oktyabrın 8-9-da İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) X hesabında məlumat verilib.

Məlumata görə, iclasın keçirilməsində məqsəd üzv dövlətlərin öz tarixi obyekt və mədəniyyət elementlərinin İSESKO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflərin müzakirə edilməsidir.

Axar.az