📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah temperatur 40 dərəcəyə çatacaq

2026-08-22 14:23:40

Sabah temperatur 40 dərəcəyə çatacaq

Avqustun 23-də Azərbaycanda 40 dərəcəyədək isti hava gözlənilir.

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir:

"Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq".