📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sabah" Ukrayna klubunu məğlub edib

2024-07-17 22:25:02

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama görüşünü keçirib.

Hurriyyet.az xəbər verir ki, "bayquşlar" Ukraynanın “Rux” klubu ilə qarşılaşıb.

Matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bakı komandasının heyətində Kahim Parris və Neqoş Kupusoviç fərqlənib.

Qeyd edək ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi "Sabah" daha əvvəl keçirdiyi yoxlama görüşlərində "Koper"i (Sloveniya) 1:0 hesabı ilə məğlub edib, Serbiya təmsilçisi "Çukariçki" (0:0) və Ukraynanın "Krivbas" (2:2) klublarına qarşı matçlar isə heç-heçə nəticələnib.