Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
2026-10-03 20:37:19
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Hurriyyet.net Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.