Sabah Zelenski İtaliyaya gedəcək
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, mayın 13-də Ukrayna Prezidenti Vladimir Zelenskinin Romaya səfər edəcəyi, Papa Fransisk və İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşəcəyi gözlənilir.
Aprel ayında Roma papası Ukraynanın Baş naziri Denis Şmıqalı qəbul etmişdi. Bundan əvvəl isə, hələ pandemiya başlamazdan əvvəl – 2020-ci ilin fevralında Zelenski Vatikana səfər etmişdi. 2023-cü ilin fevralında İtaliyanın Baş naziri Ukraynaya ilk dəfə səfər etmiş, səfər zamanı ölkəyə hərbi yardım paketi barəsində açıqlama vermişdi. Romanın Kiyevə yardım paketinə SAMP/T-MAMBA kompleksləri, “Spada” və “Skyguard” sistemləri daxil edilib.
Xatırladaq ki, Roma papası Vatikanın Ukrayna-Rusiya sülh danışıqları prosesində iştirak elədiyini bəyan etmişdi. Bu danışıqların təfərrüatları barəsində mətbuata açıqlama verilməyib.
Hürr Tərcüman