“Sabaha çıxmaya bilərəm...” - Cinayətlərini etiraf edən “vaqnerçi” ölümlə təhdid edilir
Məlum olduğu kimi, bir neçə gün əvvəl “Vaqner”-in Ukraynada döyüşən bölmələrindən birinə rəhbərlik etmiş keçmiş məhbus Azamat Uldarovun “Qula qu.net” hüquq müdafiə təşkilatına verdiyi açıqlamalar böyük səs-küyə səbəb olub. Həmin açıqlamalarında Uldarov “vaqnerçilər”in və şəxsən özünün Ukraynada törətdiyi ağır hərbi cinayətləri etiraf edib və bütün bunların şəxsən Yevgeni Priqojinin əmri ilə etdiklərini söyləyib.
Hurriyyet.az xəbər verir ki, Uldarov adı çəkilən hüquq-müdafiə təşkilatı ilə yenidən əlaqə saxlayaraq, bu dəfə özünün ölümlə təhdid edildiyini, yaxınlarının qətlə yetiriləcəyi ilə bağlı hədə-qorxular aldığını bildirib. Bu təhdidlərin “Vaqner” tərəfindən edildiyini söyləyən Uldarov “sabaha çıxmaya bilərəm”, - deyə bildirib.
Keçmiş “vaqnerçi” deyib ki, onu yeni bəyanatla çıxış etməyə və əvvəl söylədiklərini təkzib etməyə vadar ediblər: “Priqojinin adamları durmadan zəng edirlər və məni görüşə çağırırlar”.
azpolitika.info