📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sabah”dan ayrılan 21 yaşlı hücumçunun yeni klubu...

2026-10-03 21:56:00

“Sabah”dan ayrılan 21 yaşlı hücumçunun yeni klubu...

“Sabah”dan ayrılan nigeriyalı futbolçu Oluvasen Timilehin karyerasını Kosovanın “Ferizaj” klubunda davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

21 yaşlı hücumçu yeni komandası ilə 3 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Timilehin son illərdə “Sabah-2”nin heyətində çıxış edib. O, “Sabah”ın əsas komandasında cəmi 2 matçda meydana çıxıb. 2025-ci ildə isə hücumçu “İmişli”yə icarəyə göndərilib.