📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

2024-09-18 16:20:04

Sabahdan bu yol da bağlanır - Sürücülərin nəzərinə!

19 sentyabr saat 06:00-dan etibarən Bakı şəhəri, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.