📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sabah”dan yeni transfer

2026-02-05 20:21:00

“Sabah”dan yeni transfer

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda klub məlumat yayıb.

Bildirilib ki, qabonlu hücumçu Patrik Orfe Mbina bundan sonra paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

25 yaşlı futbolçu Sloveniyanın “Maribor” klubundan icarəyə götürülüb. İcarə müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulub. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, “Sabah” icarə müddətinin sonunda futbolçunun birbaşa transfer hüququna malik olacaq.

Patrik Orfe Mbina karyerası ərzində Qabonun “Port-Jantil” (2016-2018), Fransanın “Kolomye” (2018), “Bezye B” (2019-2020), “Qrenobl B” (2020-2021), “Bove” (2021-2022), “Şamalye” (2022-2023), “Nim” (2023-2024), Portuqaliyanın “Leyriya” (2025, icarə) və Sloveniyanın “Maribor” (2024-2025) komandalarında çıxış edib. Qabon millisinin də üzvü olan futbolçu yığmada 5 oyun keçirib.