"Sabah"ın futbolçusundan "Qarabağ"a atmaca - FOTO
2022-09-12 20:10:00
Misli Premyer Liqasının VI turun üzrə baş tutan "Qarabağ" - "Sabah" matçı gərgin anlarla yadda qaldı.
Oyundan sonra paytaxt klubunun futbolçusu Aleksey İsayev maraqlı paylaşım edib. 26 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisi ilə oyundan şəklini paylaşaraq bu sözləri yazıb:
"Hər kəsin öz yolu var. Mən bu yoldan ləyaqətlə keçəcəm".
Qeyd edək ki, matç "Qarabağ" komandasının 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Offsideplus.az