📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sabah”ın futbolçusunun üzündə sınıq aşkarlandı

2026-04-19 17:31:10

“Sabah”ın futbolçusunun üzündə sınıq aşkarlandı

Ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda baş tutan “Qarabağ” - “Sabah” oyununda zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gətirilib.

Bu barədə klub məlumat yayıb.

Bildirilib ki, ilkin müayinənin nəticəsinə görə, hücumçu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb.

Qeyd edək ki, qarşılaşma “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. (Qafqazinfo)