📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sabah”ın qapıçısı ÇL-in ən çox qurtarış edən qapıçısıdır

2026-11-26 14:33:19

“Sabah”ın qapıçısı ÇL-in ən çox qurtarış edən qapıçısıdır

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turundan sonra statistik məlumatlar açıqlanıb.

Hurriyyet.net  xəbər verir ki, “Sabah”ın qapıçısı Stas Pokatilov bu mərhələyə qədər ən çox qurtarış edən qapıçıdır. 

Təcrübəli qolkiper 31 dəfə rəqib oyunçuların qol vurmasına mane olub. 

İkinci yerdə “Brügge”nin qapıçısı Yan Zommer, üçüncü pillədə isə Slovakiyanın “Slovan” klubunun formasınl geyən Dominik Takaçdır. 

Qeyd edək ki, “Sabah” 5 turdan sonra 3 xal toplayıb. Azərbaycan çempionu “Slaviya”ya (2:0) qalib gəlib, “Mançester Yunayted” (0:4), “Borussiya” (1:2), “Vikinq” (1:4) və “Barselona”ya (1:4) məğlub olub.