📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Sabah"ın sabiq çalışdırıcısı Rusiyada unikal göstəriciyə imza atdı

2025-04-26 19:45:37

Rusiyanın "Krasnodar" klubu çempionatın 26-cı turunda səfərdə Mahaçqala "Dinamo"sunu 3:2 hesabı ilə məğlub edib.

Beləliklə, Murad Musayevin baş məşqçisi olduğu komanda cari Rusiya Premyer Liqasında 17-ci qələbəsini qazanıb. 

“Buğalar”ın rəsmi "Telegram" kanalının məlumatına görə, klub 2014/15 mövsümündə müəyyənləşdirdiyi qələbə sayı üzrə öz rekordunu təkrarlayıb. Eyni zamanda, Murad Musayevin komandasının nailiyyətini yeniləmək üçün çempionatda hələ dörd oyunu var. 
26 turdan sonra Rusiya çempionatına 58 xalla "Krasnodar" lidedlik edir. Kubanlıların növbəti rəqibi Kazanın “Rubin” komandası olacaq.  \\Fanat.Az