“Sabah”ın U-19 komandası Gənclər Liqasında ikinci matçını keçirəcək
2026-10-13 13:06:41
UEFA Çempionlar Liqasının əsas mərhələsində yarışan “Sabah”ın U-19 komandası bu gün Gənclər Liqasında ikinci oyununu keçirəcək.
Hurriyyet.net xəbər verir ki, Adino Mustedanagiçin baş məşqçi olduğu kollektiv Masazırda “Slaviya” (Çexiya) ilə qarşılaşacaq.
Saat 15:00-da start götürəcək matçı norveçli Marius Hansen Qrotta idarə edəcək.
Xatırladaq ki, “Sabah” ilk turda “Mançester Yunayted”ə uduzub (0:5), “Slaviya” isə “Lans”ı məğlub edib (2:1).