📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq baş həkim məhkəmədən bunu istədi

2024-08-12 12:44:59

Sabiq baş həkim məhkəmədən bunu istədi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Neftçala Mərkəzi Rayon Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov məhkəməyə müraciət edib.

Hurriyyet.az xəbər verir ki, sabiq baş həkim saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisənə köçürülməsini istəyib.

Onun müraciətinə yaxın günlərdə Xəzər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Telman Zahidov 2020-ci ildə DTX-nin Neftçalada keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzasını 6 ilə, Ali Məhkəmədə isə cəzası 5 il 6 aya salınıb.

Telman Zahidovun 1 il çəkilməmiş cəzası qalıb.

report.az