📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq baş məşqçi: “İdmançılarımızın qanunsuz mərc oyunlarını reklam etmələri düzgün deyil, yəqin ki, cənab nazir qarşısını alacaq...”

2023-11-15 15:44:02

Sabiq baş məşqçi: “İdmançılarımızın qanunsuz mərc oyunlarını reklam etmələri düzgün deyil, yəqin ki, cənab nazir qarşısını alacaq...”

“Qanunsuz mərc oyunları uşaqları, gəncləri, hətta böyükləri də pis yola yönəldir, yavaş-yavaş kazinoya aparır. Qumar xarakterli oyunlardır. Gərək, qadağan edilsin. Bu, şirnikləndirməkdir. Cavanlar şirniklənir, bir günün içində varlanmaq istəyirlər. Bu isə qeyri-mümkündür. Əksinə, müflisləşir, pis vəziyyətə düşürlər. Əllərində 500 manat pul olur, onu da itirirlər. Onların əli ilə kimlərsə varlanır, başqasının pis vəziyyətə düşməsindən yararlanırlar. Çox pis haldır. Qanunsuz mərc oyunlarının reklam edilməsinə qarşıyam”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri pravda.az-a müsahibəsində güləş üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev son dönəmlər tanınmış idmançıların bəzilərinin öz sosial şəbəkə hesablarında “Mosbet” və digər qanunsuz mərc oyunlarını reklam etmələrinə münasibət bildirərkən deyib.

"Gənclər və İdman Nazirliyinin başı bir az başqa işlərə çox qarışıb. Lakin bu da əsas mövzulardan biridir. İdmançılarımızın qanunsuz mərc oyunlarını reklam etmələri düzgün deyil. Yəqin ki, cənab nazir bunun öhdəsindən gələcək, Allahın izni ilə qarşısını alacaq”, - o qeyd edib.