📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq baş nazir güllələndi: vəziyyəti ağırdı

2022-07-08 09:25:00

Sabiq baş nazir güllələndi: vəziyyəti ağırdı

Yaponiyanın Nara şəhərində ölkənin sabiq baş naziri Şinzo Abeyə çıxışı zamanı naməlum şəxs tərəfindən hücum edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.

Bildirilib ki, Şinzo Abe xəsarət alıb.

Məlumata görə, hadisə yerində azı iki atəş səsi eşidilib.

Vurğulanıb ki, S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.

Xəbərə görə, 68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.

Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.