Sabiq deputat vəfat etdi
2023-03-29 16:47:00
Sabiq deputat Ərəstun Cavadov vəfat edib.
Hurriyyet.az xəbər verir ki, Ə.Cavadov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Ərəstun Cavadov 87 saylı Ağsu-İsmayıllı dairəsindən Milli Məclisin III və IV çağırış deputatı olub.
O, həmçinin uzun müddət Bakıda fəaliyyət göstərən Mərkəzi Univermağın rəhbəri olub.
qafqazinfo.az