📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq deputatın 2 ailə üzvü eyni gündə vəfat edib

2022-04-21 10:11:00

Sabiq deputatın 2 ailə üzvü eyni gündə vəfat edib

Keçmiş millət vəkili, tibb elmləri doktoru, Tibb Universitetinin kafedra müdiri Rafiq Məmmədhəsənovun ailəsinə ağır itki üz verib.

Hurriyyet.az-ın məlumatına görə, onun bacısı Afər və baldızı Maya xanım eyni gündə vəfat edib.

Qeyd edək ki, R.Məmmədhəsənov 3-cü (2006) və 4-cü (2010) çağırış Milli Məclisin üzvü olub.

O, 1993-2014 illərdə Tibb Universitenin elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.