📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq deputatın şirkəti “Dəmir Yolları”nı məhkəməyə verdi

2022-10-17 15:17:00

Sabiq deputatın şirkəti “Dəmir Yolları”nı məhkəməyə verdi

Azərbaycan Milli Məclisinin sabiq deputatı Qasımov Əsabil Qarakişi oğluna məxsus olan “Karat Holdinq” MMC (VÖEN - 9900000141) “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı məhkəmə iddiası qaldırıb. 

Hurriyyet.az xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatına verilib.

Məlumat üçün bildirək ki, “Karat Holdinq” MMC 14.03.2004-ci ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı Yasamal rayonu, Murtuza Muxtarova, ev 201-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əsabil Qasımovun qayını Umudov İqdam Əliş oğludur. 

Sabiq millət vəkili Əsabil Qasımovun Milli Məclisin rəsmi veb-səhifəsində - "meclis.gov.az"da yerləşdirilən tərcümeyi-halında açıq şəkildə qeyd olunub ki, millət vəkili 1995-ci ildən "Karat" holdinqinin direktorudur.

Onu da qeyd edək ki, ötən il Əsabil Qasımovun rəhbərlik etdiyi (qanuni təmsilçi) “Azşuqar” Ticarət Şirkəti (VÖEN-1400020391) adını və təşkilatı-hüquqi formasını dəyişərək “De Decco” MMC-yə çevrilib. Şirkətin yeni rəhbəri isə Aleksandr Verşinin Vladimiroviçdir.

Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Karat Holdinq” MMC-yə bağlı olan onlarla şirkət və biznes obyekti fəaliyyət göstərir.

Həmin şirkətlərin və obyektlərin bəzilər aşağıdakılardı:

- “Karat” MTK

- “İdeal” MMC

- “Azİnvest” Tikinti Şirkəti

- “Everest-M”

- “Şin Servis”

- “Karmen” MMC (Un dəyirmanı)

- Hökməli Makaron Fabriki

- Hökməli Kisə Fabriki

- “ASTE”L MMC (Quşçuluq fabrikləri)

- Gəncədə “Fatoğlu” un dəyirmanı

- Bakıda “Marina Plaza” oteli

- Bakıda “Premium” market

Yeniavaz.com