📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq futbolçu Əliyev Kiyevdə saxlanıldı

2025-04-12 23:05:20

Sabiq futbolçu Əliyev Kiyevdə saxlanıldı

Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb.

Bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Məlumata görə, onun saxlanılmasına səbəb sərxoş vəziyyətdə avtomobili idarə etməsi olub. Sərnişin oturacağında olan qadının isə polis maşınının kapotunun üstünə çıxdığı iddia edilir.

Məsələ ilə bağlı İnstaqram hesabında paylaşım edən Əliyev sərxoş olması barədə yayılan məlumatları təkzib edib. \\Axar.Az