📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabiq icra başçısının nəvəsi həbsdə öldü: Surət Hüseynova görə tutulmuşdu

2022-02-03 00:26:00

Sabiq icra başçısının nəvəsi həbsdə öldü: Surət Hüseynova görə tutulmuşdu

Bakıda daha bir məhkum ölüb.

Hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, E. Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunanlardandır.

Məlumata görə, E. Mustafayevin də üzvü olduğu dəstə 1993-cü ildə Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak edib. Onu da qeyd edək ki, E. Mustafayevin atası Teyyub Mustafayev o zaman Samuxun icra başçısı olub. Həmin hadisələrdən sonra o da saxlanılıb. \\Lent.az